Fransada müsəlmanları hədəfə alan hücumun qarşısı alındı

Fransada müsəlmanları hədəfə alan hücumun qarşısı alındı

-- 10 nəfər saxlanılıb

Fransada müsəlmanları hədəfə alan terror hücumu hazırlığındakı qatı sağçı 10 nəfər  saxlanılıb. 
 
Maide.Az  “AA”a istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerar Collomb açıqlama verib.
 
Bu adamların Paris Prokurorluğunun terrorla mübarizə orqanının 14 iyunda açılan istintaqı çərçivəsində nəzarətə alındığını qeyd edən Collomb bu adamların yaxalanmasından məmnunluğunu bildirib. 
 
"Le Figaro" qəzetində yer alan xəbərdə Fransa Daxili Xüsusi Xidmət Orqanı DGSI-nin çalışması nəticəsində saxnılan şəxslərin üzərində silahların tapıldığı qeyd edilib. 
 

Google+ WhatsApp ok.ru