Fransada nəqliyyat işçiləri tətilə başlayır

Fransada hökumətin islahatlar planına qarşı etiraz nümayişləri və tətillər keçirilir, belə ki, dəmiryolu işçiləri artıqönə gündən tətilə başlayıblar.
 
Maide.Az  xəbər verir ki,  tətil ötən axşam saat 7-dən başlayıb.  Metro işçiləri də  cümə axşamı tətilləri başladacaq. 
 
Qeyd edək ki, 2016 Avrupa Futbol Çempionluğu yarışlarının keçirilməsinə  iki həftədən azbir zaman qaldığı bir vaxtda  dəmir yolu və  metro işçilərinin tətili yarışların keçirildiyi  vaxtda  sərnişin daşımalardan böhranın yaradacağı ilə bağlı narahatlıqları  artırıb. 
Fransanın Aviasiya şirkətləri də  iyunun  3-5-nə tətillərə başlamağı planlaşdırır.
 
Xatırladaq ki, artıq xeyli vaxtdır ki, ölkədə hökumətin islahatlar planına qarşı etiraz nümayişləri və tətillər keçirilir.
Parisdəki Orli hava limanında uçuşların 15 faizi təxirə salınıb, həmçinin qatar sürücüləri tətilə hazırlaşması vəziyyəti daha da qəlizləşdirə bilər.
Həmkarlar İttifaqları prezident Francois Hollandenin əmək qanunvericiliyi sahəsində islahatlar planına qarşı çıxırlar.
Planda maksimum iş saatınnı mövcud 10 saatdan 12 saata qaldırılması, əlavə işə görə pulun 25 faizdən 10 faizə salınması və pensiya yaşının qaldırılması nəzərdə tutulur.
  
 

Google+ WhatsApp ok.ru