Fransadan  ‘Google’ şirkətinə 50 milyon avro cərimə

Fransadan ‘Google’ şirkətinə 50 milyon avro cərimə

Fransız İnformasiya və Azadlıqlar üzrə Milli Komitəsi “Google” şirkətinə 50 milyon avro cərimə təyin edib
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb şirkətin şəxsi məlumatların istifadəsi məsələsində istifadəçiləri kifayət qədər məlumatlandırmaması göstərilib.
 
Məlumat üçün bildirək ki, Avropa İttifaqı da 25 may 2018-ci ildə qəbul etdiyi qərara əsasən şəxsi məlumatların mühafizəsinin gücləndirilməsini tələb edib.
 
Qərarda üçüncü tərəflərin istifadəçi məlumatlarını əldə edə bilməsi üçün həmin istifadəçinin tam məlumatlandırılmasının zəruri olduğu qeyd edilib.
 

Google+ WhatsApp ok.ru