Fransada naməlum silahlılar məscid qarşısında atəş açaraq 8 nəfəri yaralayıblar 03 İyul 2017 01:00 Xəbərlər Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb. Silahlılar məscidin qarşısına avtomobillə gəlib. Onlar məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər yaralanıb. Yaralananlardan biri 7 yaşlı uşaqdır. Cinayətkarlar hadisə yerindən qaçıb. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. Polis hadisəni terror kimi qiymətləndirmir. Onlar hesab edirlər ki, bu gənc insanların münaqişəsidir. (faktxeber) Teqlər : #Fransada naməlum silahlılar məscid qarşısında atəş açaraq 8 nəfəri yaralayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bunu hər bir sürücü mütləq bilməlidir - VİDEO Telefonla internetə daxil olanların sayı artıb