Fransada qocalar evi işçiləri tətil elan edib

Fransada qocalar evi işçiləri tətil elan edib

-- Fransada 7500 qocalar evində təxminən 600 min nəfər...

Fransada qocalar evi işçiləri ilk dəfə ölkədə hazırkı iş şəraitinə etiraz etmək üçün tətil elan ediblər. 
 
Maide.Az  “Franceinfo ”ya  istinadən xəbər verir ki,  ölkənin müxtəlif yerlərində  qocalar evi işçiləri  ilk dəfədir ki,  geniş miqyaslı  tətil edirlər. 
 
Qocalar evi işçilərinin çağırışı ilə keçirilən 1 günlük tətili  çox sayda həmkarlar ittifaqı dətəkləyib. 
 
Fransada təxminən 7500 qocalar evi var. Bu evlərdə təxminən 600 min nəfər texniki və maliyyə çatışmazlığı səbəbiylə ağır şərtlər altında həyatlarını davam etdirir. 
 
Lyon, Marsel, Strasburq, Nice və Lille kimi Fransanın böyük şəhərlərində nümayişlər keçirilib və  hökumətin yaşlılara  və ehtiyacı olanlara olan münasibətinə etiraz edilib. 
 
Rəsmi rəqəmlərə görə Fransada qocalar evində qalan 600 min nəfərin təqribən  66 faizi 85 yaşlı insanlardır. 
 

Google+ WhatsApp ok.ru