Fransada sələfilik qadağan oluna bilər 02 Aprel 2018 01:00 Dünya -- ölkə sakinlərinin 90%-i sələfiliyin qadağan olunmasını dəstəkləyir “Odoxa” Analitik mərkəzi Fransa sakinləri arasında ifratçı və radikal cərəyanlarından biri olan sələfilik haqqında sorğu aparıb. Maide.Az “Islam-today”-a istinadən xəbər verir ki, araşdırmaların nəticələrinə əsasən, ölkə sakinlərinin 90%-i sələfiliyin qadağan olunmasını dəstəkləyir, 80%-dən çoxu isə bu təriqətin ardıcıllarından olan əcnəbilərin deportasiya olunmasının tərəfdarıdır. İştirakçıların 61%-i Fransada fövqəladə vəziyyətin elan olunmasını dəstəklədiklərini bəyan edib. Xatırladaq ki, Fransada sələfiliyin qadağan olunması təklifi ilə daha əvvəl keçmiş baş nazir Manuel Vals çıxış edib. Teqlər : #Fransada sələfilik qadağan oluna bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Özbəkistanda Quran almaq üçün izdiham yarandı Tac-Mahalı görmək istəyənlərin nəzərinə - Məhdudiyyət qoyuldu