Fransada İslam əleyhinə hücumlar artıb

Fransa İslamofobiya ilə Mübarizə Dərnəyinin yaydığı hesabatda "Çarli Hebdo" təcavüzündən sonra İslamofobik hücumlarda ciddi şəkildə artım qeyd edilibdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, Fransa İslamofobiya ilə Mübarizə Dərnəyi (CCIF) 7 yanvar - 7 fevral 2015-ci ildə 153 İslamofobik hücum qeydə alındığını bildirib.
 
Hesabatda bildirilir ki, 2014-cü ildə İslam əleyhinə 764 təcavüz qeydə alınıb. 
 
Keçən ilki 764 hücumun 22-si şəxslərə fiziki, 586-sı ayırıseçkilik, 25-i də dini məkanlara və qurumlara hücum kimi qeydə alınıb. İslamofobik hücumların ilk növbədə qurbanı yenə qadınlar olub. Keçən il təcavüzə məruz qalanların 81,5-%i qadın, 18,5%-i isə kişidir.
 
"Çarli Hebdo", Montrouge və market hücumlarından sonra ciddi şəkildə artan İslamofobik hücumlar ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz artıb.
 
İslamofobiyanın Fransada daim var olduğuna işarə edilən hesabatda, "Çarli Hebdo"dan sonra hücumların daha açıq və daha sərt olduğu vurğulanıb.

Google+ WhatsApp ok.ru