Fransa işğalçılara 4 milyard dollarlıq silah satıb

Fransa işğalçılara 4 milyard dollarlıq silah satıb

Fransa 2018-ci ilin ilk 6 ayında bəzi ərəb ölkələrində 1 milyard 920 milyon dollarlıq silah satıb.
 
Maide.Az “Parstoday”a istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin hesbatında qeyd edilib.
 
Məlumata görə, ötən il ümumilikdə 6,9 milyard dollarlıq silah satışının da 60 faizi Yaxın Şərq və Orta Şərq ərəb ölkələrinə edilib.
 
Ən çox satılanlar sırasında “Rafale” adlı qırıcı yer alıb.
 
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinə daxil olan 9 ərəb ölkəsi 2015-ci ildən Yəmənə hücumu davam etdirir. Bu vaxta qədər 10 mindən çox yəmənli öldürülüb.
 
Qeyd edək ki, Fransa ABŞ və Rusiyadan sonra ən çox silah satan 3-cü ölkədir.

Google+ WhatsApp ok.ru