Fransalı xristian tədqiqatçı Ərbəin haqqında yazır

Fransalı xristian tədqiqatçı Ərbəin haqqında yazır

Fransalı yazar və araşdırmaçı xanım Sabrina Leon Mervin yeni tədqiqat işini dünyanın hər il keçirilən ən böyük dini toplantısı və piyada yürüşü sayılan İmam Hüseynin (ə) Ərbəin ziyarətinə həsr edib.  
 
Maide.Az İQNA-a istinadla bildirir ki, Fransalı yazar və araşdırmaçı xanım Sabrina Leon Mervin deyib ki,  Mən İmam Hüseynin (ə) Ərbəin ziyarəti barədə yeni araşdırma başlamışam və İraqa səfərim də bu məqsədlədir. “Məni bu barədə araşdırmaya vadar edən hər il İraqın cənubundan Kərbəla səmtinə hərəkət edən insan izdihamı və böyük piyada yürüşüdür ki, biz buna təkcə meidada tamaşa edirik.”
 
O qeyd edib ki, mən bundan öncə "İslam tarixi" adlı kitab yazmışam. Bu kitabda İslami məzhəbləri və İslam təlimlərinin əsas prinsiplərini araşdırmışam. ƏRBƏİN barədə olan araşdırmam da bu kitaba əlavə ediləcək.
 
Qeyd edək ki, Fransalı yazar və araşdırmaçı xanım Sabrina Leon Mervin 1958-ci ildə anadan  olub. 
 
O, hazırda Parisin "ixtisaslaşdırılmış dini araşdırmalar müəssisəsi"nin direktorudur. "Hüseyn və İslam şəriəti", "İslam tarixi" və "Şiəlikdə islahatçılıq" adlı kitabların müəllifidir.
 
 

Google+ WhatsApp ok.ru