Fransanın 132 illik cinayətlərinin statistikası hazırlanır

Fransanın 132 illik cinayətlərinin statistikası hazırlanır

Əlcəzair Mücahidlər naziri Əl-Tayyib Zeytuni Fransanın 132 illik müstəmləkəçilik dövründə işlədiyi cinayətlərin statistikasının hesablanmasına start verildiyini bildirib.
 
Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, araşdırma Milli Hərəkat və Azadlıq İnqilabı Araşdırmaları Mərkəzi tərəfindən aparılacaq.
 
Əl-Tayyib Zeytuni bildirib ki, Əlcəzair xalqı onlara qarşı törədilən cinayətləri bilməlidir:
 
Qeyd edək ki, 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi olan Əlcəzairdə kütləvi qətliamlar törədilib.
 
Fransa prezidenti Emmanuel Makron ötən həftə verdiyi açıqlamada ölkəsinin Əlcəzairdə işgəncələr etməsini etiraf etmiş, keçmişdəki səhifələri bağlayıb gələcəyə baxılmasının lazım olduğunu bildirmişdi.

Google+ WhatsApp ok.ru