Fransanın əmək bazarında müsəlmanlara qarşı ayrıseçkilik aparılır

Yeni bir araşdırmanın nəticələri göstərir ki, Fransada karyera müsahibəsinə iş axtaran müsəlmanların dəvət edilməməsi ehtimalı başqalarına nisbətən ikiqatdır.
 
Maide.az  «allafrica» xəbər saytına istinadən xəbər verir ki, bu yaxınlarda dərc edilən bir araşdırmanın nəticələri göstərir ki, Fransada işəgötürmə prosesində müsəlmanlara qarşı ayrıseçkiliyə yol verilir, hətta bu ölkədə iş axtaran bir müsəlmanın müsahibəyə dəvət edilməməsi şansı öz qeyri-müsəlman həmvətəninə nisbətən iki dəfə azdır.
 
“Mari En Volfurt”-un rəhbərliyi ilə tədqiqatçılar qrupu tərəfindən aparılan və France-Presse Agentliyində (AFP) yayımlanan araşdırmalara əsasən, iş axtaran bir müsəlmanın iş müsahibəsinə dəvət edilməsi şansı 10.4 faizdir, halbu ki, bu ehtimal bir katolik məsihisi üçün 20.8%-dir.
 
İnsanların cinsinə gəldikdə isə, bu fərq daha nəzərə çarpan olur, hətta  iş axtaran müsəlman kişilərin yalnız 4.7 faizi müsahibəyə dəvət olunma şansına malikdirlər, halbu ki bu rəqəm iş axtaran katolik kişilərdə 17.9 faiz təşkil edir. /
 

Google+ WhatsApp ok.ru