Fransanın Ərəbistana silah satmaması istənilir - Makrona tələb

Fransanın Ərəbistana silah satmaması istənilir - Makrona tələb

Fransada 16 qeyri-hökumət təşkilatı (QHT) prezident Emmanuel Makrona ortaq məktub göndəriblər.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Makrondan Səudiyyə Ərəbistanına silah satılmasını dayandırmasını istəyiblər.
 
Məktubda qeyd edilib ki, səud rejimi Yəməndə qırğınlar törədirlər.
 
Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanına ən çox silah satan ölkələrdən biri Fransadır.
 
S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri 2015-ci ildən bəri Yəməndə 10 minlərlə insanın ölümünə səbəb olublar.
 

Google+ WhatsApp ok.ru