Fransanın ‘Əz-Zəhra (s) İslam Mərkəzi’  fəaliyyətini tamamilə dayandırdı

Fransanın ‘Əz-Zəhra (s) İslam Mərkəzi’ fəaliyyətini tamamilə dayandırdı

Fransada şiələrə məxsus “Əz-Zəhra (s) İslam Mərkəzi” rəsmən fəaliyyətini dayandırdığını elan edib.  
 
Maide.Az  mərkəzin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Fransa məhkəməsinin  İslami Mərkəzin bağlanması ilə bağlı qərarın icrasıdır. 
 
“Əz-Zəhra (s) İslam Mərkəzi” öz bəyanatında bildirir: “14 ildən çoxdur ki, Fransa xalqına  elmi və mədəni maarifləndirmə işləri ilə xidmət göstərmişik və bunun üçün fəxr edirik. Fransa polisi və məhkəməsi gülünc və boş bəhanələrlə İslam Mərkəzinin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib. Qətiyyətlə Fransa dövlət rəsmilərinə bildiririk: Necəki özünüz də yaxşı bilirsiz , sizin bu düşmənçiliyinizin əsas səbəbi  bizim mərkəzin təkfirçilik və sionism əleyhinə yorulmadan göstərdiyi fəaliyyətidir. İfratçılıq və terrorizm kimi yalan ittihamlarınız  sizin xəyallarınızın məhsuludur. Biz həmişə terrorizm və ifratçılıqla mübarizədə olmuşuq.”
 
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında  Fransa polisi “Əz-Zəhra (s) İslam Mərkəzin”ə  hücum edib,  axtarış aparıb və  11 nəfəri həbs edib.  Polis "Əz-Zəhra (s)" şiə İslam mərkəzinə hücumu "terrorizmin qarşısının alınması" lahiyəsinin bir hissəsi olduğunu açıqlayıb. 
 
Fransanın şiə məzhəbinə məxsus "Əz-Zəhra (s) İslam Mərkəzi" 2009-cu ildə İslamın ismarıcını "Peyğəmbər (s) və Əhli-Beyt (ə)" məktəbi əsasında insanlara çatdırmaq  məqsədilə təsis edilmişdir. 
 

Google+ WhatsApp ok.ru