Fransanın cənub-qərbində məscidə hücuma edilib

Maide.az xəbər verir ki, Fransada çıxan "Le Fiqaro" qəzetinin internet səhifəsində yer alan məlumata görə, cümə günü Fransanın cənub-qərbində, Bordo şəhərinin ətrafında yerləşən Merinik şəhər məscidinə bir ədəd molotov kokteyli atılıb. Molotov kokteyli məsciddə yanğına səbəb olub. Amma məsciddə olan müsəlmanlar qısa zamanda yanğını söndürüblər. 
 
Merinik şəhər müsəlmanları cəmiyyətinin sədri Həsən Belmajdob bildirib ki, namaz qılmaqla məşğul olan insanlar, namazı bitirdikdən sonra məscidi tərk etmək istəyərkən, məsciddə yanğının baş verdiyini müşahidə ediblər. 
 
İlikn araşdırmalara görə, Fransanın ümumi təhlükəsizlik idarəsi bildirib ki, yanğına molotov kokteyli səbəb olub.

Google+ WhatsApp ok.ru