Fransa Parlamentində Fələstinin dövlət kimi tanınması müzakirə edilir

Dekabrın 2-də Fransa Parlamenti Fələstinin dövlət kimi tanınmasını səsverməyə çıxarıb, - “Sabah”.

 

Fələstinin müstəqil dövlət kimi tanınmasına dair sənəd iqtidarda olan Sosialist Partiyasının millət vəkilləri tərəfindən parlamentə təqdim olunub. Səsvermədən məqsəd sionist İsrail rejimi və Fələstin arasındakı sülh prosesinə fayda verməkdir.

 

Fələstin mövzusu ilə əlaqədar dekabrın 11-də Fransa Senatında da səsvermə gözlənilir.

 

Ötən aylarda İsveç də Fələstini müstəqil bir dövlət olaraq tanıdığını açıqlamışdı. İsveç Fələstini müstəqil ölkə kimi tanıyan ilk Avropa Birliyi ölkəsi olmuşdu. Fələstini müstəqil dövlət kimi bu günə qədər Türkiyə, Braziliya, Argentina, Boliviya, Ekvador, Qayana, Peru və Çili tanıdığını açıqlamışdı. Macarıstan, Polşa və Slovakiya da Avropa Birliyinin üzvü olmadan əvvəl Fələstini tanıdıqlarını bildirmişdir. deyerler /

Google+ WhatsApp ok.ru