Fransa televiziyasından İslam təlimlərini öyrədən animasiya yayımlanacaq

Fransa televiziyasından İslam təlimlərini öyrədən animasiya yayımlanacaq

Fransa televiziyası vasitəsi ilə uşaqlar üçün İslam təlimlərini öyrədən animasiya proqramı yayımlanacaq.
 
Maide.Az IQNA-a istinadla xəbər verir ki, uşaqlar üçün İslami animasiya təlim və maarif proqramının hazırlanması və yayımından əsas məqsəd Fransa cəmiyyətində, xüsusi ilə də uşaqlar arasında İslam və müsəlmanlar barədə olan yanlış təsəvvürlərin islah edilməsidir. 
 
Frans TV-dən yayımlanacaq bu proqram layihəsinin oyunçusu və senari müəllifi İsmayil Səidi öz layihəsini Fransa televiziyasına sınaq yayımı üçün təklif edib. 
 
Layihə əsasında hazırlanan "İsmayılın sərgüzəştləri" adlı animasiya filmi 30 hissəli serialdan ibarətdir. Filmin hər seriyası dörd dəqiqə olacaq. Filmin əsas qəhrəmanları İsmayıl və atasıdır. Filmdə onların dili ilə müsəlmanlar və İslam barədə uşaqlara məlumat veriləcək. 
 

Google+ WhatsApp ok.ru