Fransda müsəlmanların qapıları işarələndi - Foto

Fransada baş verən hücumlardan sonra ölkədə yaşayan müsəlmanlara qarşı hücumlar edilməyə başlanıb.
 
Maide.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə eyni zamanda həyata keçirilən silahlı və bombalı hücumlar nəticəsində 129 nəfər həlak olmuşdu.
 
Baş verən bu hadisədən sonra ölkənin bir çox şəhərində müsəlmanlara qarşı hücumlar yaşanmağa başlayıb, müsəlmanların evləri işarələnib.
 
Lille şəhərində “islamçılar bayıra” yazılı bir plakat daşıyan qrup etiraz aksiyası təşkil edib. 
 
Creteil məscidinin girişinə işara qoyulub. Bir müsəlmana aid halal qəssabxananın qapısına isə irqçiliklə dolu yazılar yazılıb. /
 
 
 

Google+ WhatsApp ok.ru