Fransız şirkətindən sionist rejimə ağır zərbə - Əməkdaşlıq dayandı

Fransanın məşhur “Orange” telekommunikasiya şirkəti işğalçı İsraildə fəaliyyətini dayandırdığını açıqlayıb.
Maide.az xəbər verir ki, dünən axşam saatlarında verilən açıqlamaya görə, şirkət heç bir şəkildə siyasi mübahisələrdə yer almaq istəməyib və buna görə də İsrail bazarından çıxmaq qərarına gəlib.
Xatırladaq ki, beynəlxalq qurumlar bir müddətdir sisonist İsrailin Fələstinə təcavüzünə etiraz olaraq “Orange” şirkətinə İsrail bazarından çıxmaq üçün təzyiqlər göstərirdilər.
“Orange” şirkətinin rəhbəri Ştefan Riçard dünən Misirdə keçirdiyi mətbuat konfransında açıqlayıb ki, İsrailin mobil operator şirkəti “Partnyor” ilə də əməkdaşlığı bitirmək niyyətindədirlər.
Fransız şirkətin bu qərarı  sionist rejim rəhbərliyini olduqca hiddətləndirib. İsrailin baş naziri Benyamin Netanyahu Fransız hökumətinə səslənərək “Orange” şirkətinin qərarının ləğv edilməsinə çağırıb. /
 

Google+ WhatsApp ok.ru