Fransızlar əmək islahatlarına qarşı etiraz aksiyası keçirir- Video

Fransızlar əmək islahatlarına qarşı etiraz aksiyası keçirir- Video

Fransada prezident Emmanuel Makronun höküməti tərəfindən edilən əmək islahatları əleyhinə paytaxt Parisin minlərlə sakini dünəndən etibarən etirazlarını bildirmək üçün küçələrə axışıblar.
 
Ölkənin baş naziri Eduard Filipp tərəfindən irəli sürülərək parlamenti tərəfindən qəbul edilən əmək islahatlarına qarşı ümumilikdə 60 minədək vətəndaş iştirak edib. Etirazlar polislə toqquşmalarla nəticələnib.
 
Polis onlara qarşı gözyaşardıcı qaz və supüskürdən maşınlardan istifadə edib.
 
Qeyd edək ki, ölkədə işsizlik orta hesabla 9%, gənclər arasında isə 25 faizdir. Makron  prezidentliyə namizəd olarkən bu vəziyyəti düzəltməyə söz verməsinə baxmayaraq etirazçılar bu dəyişikliklərin onların xeyrinə olmadığını bildiriblər.(islaminsesi)
 
Parislilərdən başqa, Bordo, Lion, Marsel və digər şəhərlərin sakinləri də etiraz aksiyaları təşkil ediblər. Bütün ölkədə 400-dən artıq nümayiş keçirilib.
 
Hazırda aksiyalar başa çatıb.
 
İslahatlar işə həm təcili, həm də müddətsiz qəbul haqqında əmək müqavilələrinə, işdən çıxarılma prosedurlarına aiddir.
 
 
 

Google+ WhatsApp ok.ru