İfratçı yəhudilər fələstinlilərə hücum edib

İfratçı yəhudilər fələstinlilərə hücum edib

-- iki fələstinli yaralanıb

İşğal altındakı Qərbi Şəriyədə məskunlaşmış ifratçı yəhudilərin hücumu nəticəsində yaranan qarşıdurmada, işğalçı rejim qüvvələri iki fələstinlini yaralayıb. 
 
Maide.Az “AA”a istinadən xəbər verir ki, bir qrup yəhudi Nablusun cənubundakı Burin kəndində fələstinlilərin evlərinə hücum edib. 
 
Hücumun ardından işğalçı rejim əskərləri və kənd sakinləri arasında yaranan qarşıdurmada iki fələstinli yaralanıb. 
 
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə,  hər iki yaralının mərmi yarası aldığını bildirdi.
 
Biri sinəsindən digəri isə boynundan yaralanan fələstinlilər müalicə üçün Rufeyda xəstəxanaya yerləşdirilib. 
 

Google+ WhatsApp ok.ru