İFRC: `Yəmən, Somali və Cənubi Sudanda vəba epidemiyası qıtlıq təhlükəsini artırdı`

İFRC: `Yəmən, Somali və Cənubi Sudanda vəba epidemiyası qıtlıq təhlükəsini artırdı`

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (İFRC) Yəmən, Somali və Cənubi Sudandakı vəba epidemiyasının qıtlıq təhlükəsini artırması barədə xəbərdarlıq edib.
 
İFRC-in baş katibi seneqallı Əlhac As Si BMT-nin Cenevrədəki ofisində Şərqi Afrika və Yəməndəki qıtlığın müzakirə olunduğu paneldə çıxış edib. O, Yəmən, Somali və Cənubi Sudanda aprel ayından etibarən 220 mindən artıq vəba hadisəsinin aşkar edildiyini deyib.
 
Yəməndə 166 min, Somalidə 51 min, Cənubi Sudanda da 5 min vəba halına rast gəlindiyini bildirən İFRC-in baş katibi, yanvar ayından etibarən təxminən 2100 nəfərin vəba səbəbindən öldüyünü bildirib.
 
O, BMT-nin əvvəllər bu üç ölkənin qıtlıqla üzləşəcəyi barədə xəbərdarlıq etdiyini xatırladaraq belə danışıb: "İFRC əməkdaşları və könüllüləri vəbanın daha çox yayılmasına mane olmaq və xəstələri müalicə etmək üçün gecə-gündüz çalışır. Bununla yanaşı, qeyri-kafi qidalanma ilə bağlı çıxış yolu tapılmazsa, daha çox insan xəstələnəcək". (deyerler) /

Google+ WhatsApp ok.ru