Freedom House: `Azərbaycan hökuməti hüququn aliliyinə kobud hörmətsizlik edir`

Təşkilat hüquq müdafiəçisi Leyla Yunusun vəkillərinin uzaqlaşdırılmasını pisləyir. Freedom House hüquq müdafiə təşkilatı dövlətə xəyanətdə ittiham olunan hüquq müdafiəçisi Leyla Yunusun  müdafiəsini təşkil edən vəkillərin uzaqlaşdırılması ilə bağlı bəyanat yayıb.
 
“İnsan haqları fəallarını ciddi cinayətlərdə ittiham etməklə Azərbaycan hökuməti hüququn aliliyinə kobud hörmətsizlik etdir, eləcə də müstəqil vətəndaş cəmiyyətindən qorxduğunu göstərir”, Freedom House-un prezidenti Devid Kramer bildirib.
 
Freedom House hökuməti Yunus və digər siyasi məhbuslara qarşı ittihamları ləğv etməyə, onların hüquqlarını bərpa etməyə çağırır.
 
“Hökumət Yunusa və digər siyasi məhbuslara qarşı şübhəli ittihamlar irəli sürməklə, hüquq müdafiəçiləri barəsində uzun müddətli həbs qətimkan tədbirləri seçməklə, təkcə öz ədliyyə sistemini ələ salmır. İndi isə Yunusun vəkillə təmin olunmaq haqqını alır. Bu, hakimiyyətin öz vətəndaşlarından qorxduğunu göstərir”, sənəddə qeyd edilir.
 
Təşkilat Azərbaycanı qeyri-azad ölkələr sırasına daxil edib.
 
Hökumət isə bu tip təşkilatları ikili standart yürütməkdə və qeyri obyektivlikdə ittiham edir
 
Hüquq müdafiəçisi Leyla Yunusun vəkilləri Cavad Cavadov və Xalid Bağırov müxtəlif səbəblərdən son günlər onun müdafiəsindən uzaqlaşdırılıb. /Musavat.com/
 

Google+ WhatsApp ok.ru