Freedom House: Bəhreyn vətəndaşların azadlığına hörmət sahəsində reytinqdə ən pis ölkələr sırasında ...

Freedom House: Bəhreyn vətəndaşların azadlığına hörmət sahəsində reytinqdə ən pis ölkələr sırasında ...

Amerikada mənzillənmiş insan haqları və vətəndaş azadlıqları təşkilatı Freedom House bildirir ki, Bəhreyn vətəndaşların azadlığına hörmət sahəsində reytinqdə ən pis ölkələr sırasında altıncı yerdədir. 
 
Maide.Az-ın məlumatına görə, Freedom House son 10 ildə dünya ölkələrində azadlıq reytinqi üzrə hazırladığı sonuncu hesabatında yazır ki, Bəhreyn vətəndaşlarının azadlığına hörmət reytinqində Mərkəzi Afrika, Türkiyə, Qambiya, Mali və Burundidən sonra  altıncı yerdə qərar tapır. Oxşar məsələdə Bəhreyndəki vəziyyət Əfqanıstan və Yəməndəndə pisdir. 
 
Freedom House bildirir ki, Bəhreyndə son 10 ildə fərqli düşüncəyə, azad ifadəyə yer verilməyib və repressiv diktatorluq hökm sürür. 
 
Qeyd edək ki, bir neçə gün öncə Freedom House 2016-cı il üçün də hesabatını açıqlamışdı və bu hesabatda 49 ölkəni “azad olmayan” kateqoriyasına salıb. Bu ölkələrdə planet əhalisinin 36 faizi yaşayır.
 

Google+ WhatsApp ok.ru