Frensis Koppoladan `Məhəmməd Peyğəmbər (s)` filminə alqış

Dünyaca məşhur kinorejissor Frensis Ford Coppola "Məhəmməd Peyğəmbər (s)" filmini izlədikdən sonra bu filmdən təriflə bəhs edib.
 
Maide.az xəbər verir ki, filmin ABŞ-ın Los-anceles şəhərindəki xüsusi nümayişi filmin kameramanı olan Oskar mükafatçısı kinooperator Vittorio Storaronun dəstəyi ilə təşkil edilib və bu tədbirə sənət dünyasından 135 nəfər iştirak edib.
 
Storaroya görə, filmin xüsusi nümayişinə olan sıx diqqət üzündən bir çox adam qalanın keçiriləcəyi salona girmə bilməyib. Məhəmməd Peyğəmbər (s) filminin Los-ancelesdəki "American Film Institute" salonunda baş tutan xüsusi nümayişində iştirak edənlər arasında dünya şöhrətli rejissor Frensis Ford Koppola da olub. İranlı rejissor Məcid Məcidinin çəkdiyi və Həzrət Məhəmmədin (s) uşaqlıq illərindən bəhs edən filmi izləyən Koppolanın nümayişdən sonra filmdən təriflə bəhs etməsi diqqət çəkib.
 
Bundan başqa, Montreal Film Festivalında isə Məcidinin filmi bir neçə dəfə nümayiş olunsa da, çoxlu sayda kinosevər festivalı təşkil edən rəsmilərdən filmin yenidən göstərilməsini tələb ediblər. 

Google+ WhatsApp ok.ru