İftarda zeytun yeməyin faydası

İftarda zeytun yeməyin faydası

Sağlamlıq üçün faydaları saymaqla bitməyən zeytun, Ramazan süfrələrində də sağlam orucun açarıdır. İftara zeytunla başlamaq uzunmüddətli aclığın səbəb olduğu baş ağrısını aradan qaldırmağa, həzmi sakitləşdirməyə və iştahanın açılmasına yardımçı olur. Zeytun A, C, E vitaminləri, zülal, kalsium, xlor, kükürd kimi qiymətli minerallar ehtiva edir.
 
Orucu yüngül, qidalandırıcı və həzmə asan gələn bir qida kimi olan zeytunla açmaq, sağlamlığa bir çox töhfələr verir. Məhz orucu zeytunla açmaq üçün üç səbəb:
 
1. İştaha açan və tox saxlayan xüsusiyyəti olan zeytunla oruc açılması, rahat şəkildə doymanı təmin edir.
2. Ramazan qidaları sırasında yer alan zeytun həzmi asanlaşdırır. Mədə problemləri olanlar üçün uyğun miqdarda istehlak edilən zeytun (5-6 ədəd) bu problemin aradan qaldırılmasına yardımçı olur.
3. Zeytunun digər bir faydası da baş ağrısının aradan qaldırılmasına töhfə verməsidir. Bu xüsusiyyəti sayəsində zeytun, Ramazan ayında uzun müddətli aclığa görə ortaya çıxan baş ağrısının əngəllənməsinə yardımçı olur. (deyerler) /
 

Google+ WhatsApp ok.ru