İftar vaxtına yaxın buna diqqət yetirin - Məsləhət

İftar vaxtına yaxın buna diqqət yetirin - Məsləhət

-- Mübarək Ramazan ayında alış-veriş zamanı

Mübarək Ramazan ayının başlamasına bir neçə gün qalmış bir çoxları mənəvi və fiziki baxımdan oruc tutmağa son hazırlıqlarını edir.
 
Maide.Az xəbər verir ki, mübarək ayda oruc tutan zaman nələrə diqqət yetirməyimiz barəsində bir çox suallar ortaya çıxır.
 
Bunlardan biri də iftar vaxtının yaxınlaşdığı ərəfədə mağazada alış-veriş etməklə bağlıdır.
 
Qida məsələləri üzrə ekspertlər  qeyd edir ki, aclıq hissi daha çox günorta saatlarında və iftara yaxın vaxtlarda daha güclü olur. Bu vaxtlarda ərzaq alış-verişi edəndə aclıq hissi daha da güclənir. Nəticədə dözümsüzlük yarana bilir. Ona görə də, oruc tutan şəxsə həmin zamanlarda alkış-verişin edilməsi tövsiyə olunmur. Daha çox səhər saatlarında edilməsi məsləhətdir.
 
Bundan başqa, ehtiyacdan kənar ərzaqların alınmaması məsləhətdir. Çünki, bu israfdır və israf da Allah tərəfindən bəyənilməyən əməldir. Ət, süd, pendir kimi tez xarab olan ərzaqlardan az miqdarda alınması və təzə formada istifadə edilməlidir.

Google+ WhatsApp ok.ru