Fua və Kəfərya şəhidləri Həzrət Zeynəbin (s.ə) hərəmində dəfn olundu – FOTO

Fua və Kəfərya şəhidləri Həzrət Zeynəbin (s.ə) hərəmində dəfn olundu – FOTO

Minlərlə Suriya xalqının  iştirakı ilə  Fua və Kəfəryanın məzlum şəhidlərinin dəfn mərasimi  Dəməşqin yaxınlığında Həzrət Zeynəbin (s.ə) hərəmində  təşkil olundu. 
 
Maide.İnfo xəbər verir ki, işğal olunmuş Raşidin bölgəsində təkfirçi terrorçuların dəhşətli cinayətində şəhid olmuş Fua və Kəfərya sakinləri bu gün Həzrət Zeynəbin (s.ə) hərəmində dəfn olundu. 
 
Qeyd edək ki,  Suriya dövləti ilə terrorçular arasında gedən danışıqlarda əldə olunan razılığa  görə, Suriya ordu qüvvələri Fua və Kəfəryadan 8000 nəfər yerli əhalininin təxliyəsi, bunun müqabilində əz-Zəbdani, Muzaya, Bəqin və əl-Cəlil qəsəbələrindən terrorçular və onların ailə üzvlərindən 3800 nəfər təxliyəsi nəzərdə tutulurdu. Bunun üçün Suriya dövləti Fua və Kəfərya qəsəbələrinə avtobusları ezam etdi. Əhalinin təxliyəsi zamanı isə çox dəhşətli terror aktı baş verdi. Terrorçular danışıqlara məhəl qoymadan Raşidin rayonu ərazisində təxliyə avtobuslarında 118 nəfərin ölümü və 130-dan çox inanın yaralanması ilə nəticələnən terror aktı həyata keçirdi. Bu terrorun qurbanlarının əksəriyyəti qadınlar və uşaqlar idi. (tasnim) /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru