Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək

İkinci oyun günündə A, B və H qruplarında 9 qarşılaşma oynanılacaq
 
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində V turun növbəti görüşləri keçiriləcək.
 
"Report"un məlumatına görə, ikinci oyun günündə "A", "B" və "H" qruplarında üst-üstə 9 qarşılaşma oynanılacaq.
 
"A" qrupunda İsveç Belarusu, Lüksemburq Fransanı, Bolqarıstan Hollandiyanı qəbul edəcək.
 
"B" qrupunda Andorra Farer adaları yığmasını, itkisiz irəliləyən İsveçrə Latviyanı, Avropa çempionu Portuqaliya isə Macarıstanı qəbul edəcək.
 
Nəhayət, "H" qrupunda "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də dəvət aldığı Bosniya və Herseqovina yığması Cəbəllütariqlə evdə, "Qəbələ"nin hücumçusu Sergey Zenyovun komandası Estoniya Kiprlə səfərdə üz-üzə gələcəksə, itkisiz lider Belçika Yunanıstanı sınağa çəkəcək. /
 
 
2018-ci il dünya çempionatı, Avropa zonası, V tur
 
25 mart
 
"A" qrupu
21:00. İsveç – Belarus
23:45. Lüksemburq – Fransa
23:45. Bolqarıstan – Hollandiya
Xal durumu: Fransa - 10, Hollandiya - 7, İsveç - 7, Bolqarıstan - 6, Belarus - 2, Lüksemburq - 1.
 
"B" qrupu
21:00. Andorra – Farer adaları
21:00. İsveçrə - Latviya
23:45. Portuqaliya – Macarıstan
Xal durumu: İsveçrə - 12, Portuqaliya - 9, Macarıstan - 7, Farer adaları - 4, Latviya - 3, Andorra - 0
 
"H" qrupu
21:00. Bosniya və Herseqovina – Cəbəllütariq
21:00. Kipr – Estoniya
23:45. Belçika – Yunanıstan
Xal durumu: Belçika - 12, Yunanıstan - 10, Bosniya və Herseqovina - 7, Kipr - 3, Estoniya - 3, Cəbəllütariq - 0.

Google+ WhatsApp ok.ru