Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır 03 Mart 2021 11:06 İdman Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır. Trend-in məlumatına görə, Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək Avro-2020 iyunun 11-də start götürəcək. Bakı Olimpiya Stadionu çempionatın 4 matçına ev sahibliyi edəcək. Bakıda qrup mərhələsinin A qrupunun 3 matçı və 1 dörddəbir finalı keçiriləcək. Futbol həvəskarları Bakıda iyunun 12-də Uels-İsveçrə, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də İsveçrə-Türkiyə matçlarını izləyəcək. İyulun 3-də dörddəbir final matçı keçiriləcək. Qeyd edək ki, ötən il baş tutmalı olan Avropa çempionatın koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Turnir iyunun 11-dən iyulun 11-dək Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Dublin, Kopenhagen, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburq şəhərlərində keçiriləcək. Teqlər : #Futbol,#üzrə,#Avropa,#çempionatının,#başlamasına,#100,#gün,#qalır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır Portuqaliya-Azərbaycan oyunu ‘Yuventus’ klubunun stadionunda keçiriləcək