Fövqəladə halların sayı 27 faiz artıb

Fövqəladə halların sayı 27 faiz artıb

Fövqəladə Hallar Nazirliyi yeni statistika açıqlayıb.
 
Maide.Az bildirir ki, rəsmi məlumata görə, 2018-cı ilin ilk 6 ayı ərzində ölkədə 6814 təbii və texnogen mənşəli hadisə baş verib, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.
 
Hadisələr nəticəsində 62 nəfər həlak olub, 118 nəfər xəsarət alıb.
 
Yanğın hadisələri zamanı 54 nəfərin həlak olduğu, 86 nəfərin xəsarət aldığı qeyd edilir.
 
Yanvar-iyun aylarında 37 partlayış hadisəsi baş verib, 8 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.
 

Google+ WhatsApp ok.ru