FİKİRLƏŞ, AXI BİR GÜN KÖÇÜB GEDƏCƏKSƏN!!!

FİKİRLƏŞ, AXI BİR GÜN KÖÇÜB GEDƏCƏKSƏN!!!

-- İmam Əlinin (ə) oğlu imam Həsənə (ə) vəsiyyəti

İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur:

وَ اعْلَمْ يا بُنَىَّ أَنَّكَ خُلِقْتَ لِلاْخِرَةِ لا لِلدُّنْيا وَ لِلْفَناءِ لا لِلْبَقاءِ وَ لِلْمَوْتِ لا لِلْحَياةِ وَ أَنَّكَ فِى مَنْزِل قُلْعَة وَ دار بُلْغَة، وَ طَريق اِلىَ الاخِرَةِ وَ أَنَّكَ طَريدُ الْمَوْتِ الذَّى لا يَنْجُو هارِبُهُ وَ لابُدَّ أَنَّهُ مُدْرِكُكَ يَوْماً، فَكُنْ مِنْهُ عَلى حَذَر أَنْ يُدْرِكَكَ عَلى حال سَيِّئَة قَدْ كُنْتَ تُحَدِّثُ نَفْسَكَ مِنْها بِالتَّوْبَةِ، فَيَحَوُلَ بَيْنَكَ وَ بَيْنَ ذلِكَ، فَاِذاً أَنْتَ قَدْ أَهْلَكْتَ نَفْسَكَ.

Bil, ey oğlum! Həqiqətən, sən dünya, yoxluq, diri qalmaq və ölüm üçün yox, axirət üçün yaramıdılsan. Həqiqətən, elə bir mənzildəsən ki, onda bir neçə gündən artıq yaşamayacaq, köçüb-gedəcəksən; sonu axirət olan bir yoldasan; kimsənin qaçıb qurtara bilmədiyi ölümün şikarısan sözsüz, bir gün səni tapasıdır; qorx ki, səni xoşagəlməz, pis halda tapa; sən özünlə tövbə etməkdən danışarkən, o səni tövbədən ayıra və elə həmin an özünü puça çıxarmış olasan.” (“Nəhcül-bəlağə”, məktub 31.)

Bəli, dünya həyatı nə vaxtsa öz problemləri ilə birlikdə puç olasıdır.

Dünya həyatının sonu fəna və ölümdür. Fənalıq elə bu dünyaya aiddir. Mütləq fəna isə yoxdur. Ölmüş insan axirətdə dirilir və əbədi yaşayır. İnsan fəna olmaq üçün yox, əbədi həyat üçün xəlq olunub. Ölüm yoxluq və fəna yox, dünya həyatının başa çatmasıdır. Dünya həyatı müvəqqəti mənzildir. Dünya yol üstündəki çayxanaya oxşayır. Hamı bir müddət bu çayxanada vaxt keçirib, yoluna davam edir. Yəni insan bir gün bu dünyadan “dəriləsidir”. Dünya elə bir məkandır ki, bu məkanda axirət səfəri üçün azuqə hazırlanır. İmam Əli (ə) buyurur: Kimsənin qaçıb qurtara bilmədiyi ölümün şikarısan sözsüz, bir gün səni tapasıdır.”

Doğrudan da, ölüm insanın ardınca elə sürətlə gəlir ki, insan gec-tez ona ov olur. Hələ kimsə öz sağlamlığını qorumaq, müxtəlif vasitələrə əl atmaqla ölümdən qaça bilməyib. Əsas məsələ budur ki, ölüm qapını döydüyü vaxt kimi bu görüşə hazır olur, kimisi yox. Axirət səfərinə hazırlaşan insan üçün ölüm qorxulu deyil. Vay o insanın halına ki, ölüm yaxasına yapışan anda heç bir hazırlığı olmasın. Həzrət (ə) buyurur: Qorx ki, (ölüm) səni xoşagəlməz, pis halda tapsın.”

Əgər ölümün nə vaxt gələcəyindən xəbərsiziksə, demək, pis vəziyyətdə qalmamaq üçün bu görüşə həmişə hazır olmalıyıq. Borclu qaldığımız ibadətləri, xalqın mənimsənilmiş haqlarını qaytarmalıyıq. Ölüm heç bir borcluya borcunu ödəmək üçün möhlət vermir. Borcları vaxtında ödəmək zəruridir. Vay o insanın halına ki, ölüm onu günah başında yaxalasın.

Ölüm bu gün-sabah tövbə etmək fikrində olan insanı tövbədən məhrum edir. Ona görə də, dərhal tövbə edib doğru yola qayıtmaq lazımdır. Günaha batmaqdan, günahdan sonra tövbəni yubatmaqdan qorxmalıyıq. Axı, kim bilir ki, qəfil ölüm bizə tövbə imkanı verəcək?! Bəli, qeyri-münasib bir halda ölümlə görüşdən qorxmaq və fürsəti qənimət bilərək tövbə etmək lazımdır. Tövbəni təxirə salsaq, ibadətlərin qəzasını yerinə yetirməsək, borclarımızı qaytarmasaq, qəfildən ölüm qapımızı döysə, kimi qınayacağıq? Bu halda kimsədən gileylənməyə dəyməz. Yalnız özünüzü qınayın! ((“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.305-306.)

(Maide.Az)

Google+ WhatsApp ok.ru