Fələstin: `BMT-nin qərarı sionist İsrail rejiminin siyasətinə bir zərbədir`

Fələstin: `BMT-nin qərarı sionist İsrail rejiminin siyasətinə bir zərbədir`

Fələstin BMT Təhlükəsizlik Şurasının qeyri-qanuni bütün məskunlaşma fəaliyyətlərinin dərhal və tamamilə dayandırılmasını tələb edən qərarın sionist İsrail rejiminin siyasətinə böyük zərbə kimi qiymətləndirib.
 
Fələstinin "WAFA" agentliyinin xəbərində Fələstin rəhbərliyinin sözçüsü Nəbil Əbu Rədinənin BMT qərarına münasibəti nəşr olunub: "BMT Təhlükəsizlik Şurasının qərarı İsrail rejiminin siyasətinə böyük bir zərbədir".
 
Sionist İsrail rejiminin qeyri-qanuni yaşayış məntəqələrinin beynəlxalq səviyyədə qınandığını deyən sözçü, bununla iki dövlətli həllə güclü dəstək verildiyini söyləyib.
 
Fələstin Qurtuluş Təşkilatının baş katibi Saib Ureyqat isə həmin qərarın, BMT Təhlükəsizlik Şurasından çıxan ən mühüm qərarlardan biri olduğunu vurğulayıb. "Bu tarixi bir qərardır, sülh və təhlükəsizliyin qələbəsidir. Bu qərar sülh və təhlükəsizliyin yaşayış məntəqələri, adam öldürmə, blokada və terrorla deyil, işğalın sona çatması, Fələstin dövlətinin yaradılması və təxirə salınan problemlərin həlli üçün beynəlxalq fikir birliyini əks etdirir". (deyerler.org) /

Google+ WhatsApp ok.ru