Fələstin məsələsini “birdəfəlik” edəcək məşum “Əsrin Sazişi” planı təxirə düşür

Fələstin məsələsini “birdəfəlik” edəcək məşum “Əsrin Sazişi” planı təxirə düşür

Tramp və nümayəndələrinin “Əsrin sazişi” adlı planı ərazi mübadiləsi vasitəsilə fələstinliləri olduğu yerlərdən digərinə köçürmək və daha sonra onlara məhdud səlahiyyətli dövlət statusu verməkdən ibarətdir.
 
 
Bu planın təfərrüatları hələ rəsmi şəkildə açıqlanmayıb. Bəzi mənbələr bildirir ki, bu plan yay aylarında açıqlanmalı idi amma bir neçə ay da təxirə düşür.
 
Maide.Az İslaminSesi.info -a istinadla xəbər verir ki, İsrailin tanınmış “israelhayom.com” saytı Fələstin məsələsini sionist rejiminin lehinə “birdəfəlik” edəcək “Əsrin sazişi” planının, işğal edilmiş ərazilərdə keçiriləcək seçkilərdən və ABŞ-da noyabrda keçiriləcək Konqresin seçkilərindən sonraya qədər təxirə düşdüyünü yazıb.
 
Bildirilib ki, “Əsrin sazişi”nin rəsmən açıqlanmasının təxirə salınması ona görədir ki, bu iki seçkilər fonunda plana müdaxilə etməyin qarşısı alınsın.
 
Qeyd edək ki, Fələstin məsələsini “birdəfəlik” edəcək “Əsrin Sazişi” planı Donald Trampın, onun yəhudi kürkəni və müşaviri Carid Koşner və habelə Trampın Yaxın Şərq münaqişəsi üzrə xüsusi nümayəndəsi yəhudi əsilli Ceyson Grinblət tərəfindən hazırlanıb.
 
“Əsrin sazişi” adlı plan ərazi mübadiləsi vasitəsilə fələstinliləri olduğu yerlərdən digərinə köçürmək və daha sonra onlara dövlət statusu verməkdən ibarətdir.
 
Belə ki, İsrail Nəqib səhrasından Misirə ərazi verir, Misir də fələstinliərin yerləşdirilməsi üçün Sina Yarımadasında ərazi ayırır. Yeni yaranacaq bu Fələstin dövlətinə ilk mərhələdə öz infrastrukturasını qurmaq üçün 10 milyard dollar (Körfəz ərəb dövlətləri tərəfindən) verilir. Plana əsasən İsrail Misirə dinc nüvə enerjisi, neft-qaz sənayesi, kənd təsərrüfatı və sair strateji zəminlərdə yardım göstərəcək. Daha sonra isə planın sonuncu mərhələsi kimi İsraillə ərəb dövlətlərinin əlaqələri normallaşması üçün addımlar atılacaq (Yəni yerdə qalan ərəb dövlətləri İsraili dövlət kimi tanıyacaq və onunla diploimatik əlaqələr quracaq)
 
Məlumata əsasən ötən ildən başlayaraq ABŞ və Səudiyyə fələstinlilərə müxtəlif yollarla təzyiqlər göstərirlər ki, İsraillə “daimi sülhü” təmin edən bu planı qəbul etsinlər. Amma fələstinlilər buna boyun qoymurlar. Məhz buna görədir ki, ABŞ prezidenti birtərəfli şəkildə Qüdsü İsrailin paytaxtı elan edib və səfirliyini də oraya köçürüb. Bu o deməkdir ki, fələstinlilərin israr və müqaviməti davam edərsə Trampın inadı da davam edəcək.

Google+ WhatsApp ok.ru