Fələstin rəhbərliyi: `Qüdsdə əldə olunan bu günki qələbə azadlığın başlanğıcıdır`

Fələstin rəhbərliyi: `Qüdsdə əldə olunan bu günki qələbə azadlığın başlanğıcıdır`

Fələstin hökuməti Qüdsdə əldə olunan bu günkü qələbə münasibətilə Fələstin xalqını təbrike dib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Fələstin hökumətinin sözçüsü Yusif Mahmud bildirib ki, bu gün Əqsa məscidinə giriş tarixi bir andır və azadlığın başlanğıcıdır. “Bu qələbə işğalçı İsrail rejiminin məhv olmasının başlanğıcıdır. Bu qələbə Fələstin övladlarının yeni qələbələrinin müjdəçisidir".
 
Y.Mahmud deyib ki, "Əqsa" məscidi məsələsi Qüdsə hakimiyyət etmək məsələsidir. “Bu gün xalq və onların rəhbərləri qələbə çaldı və işğalçıların boş iddiaları uğursuzluğa düçar oldu”.
 
Fələstin hökumətininin sözçüsü xalqı  vəhdətə və işğalçı rejimə qarşı  mübarizəni davam etdirməyə çağırıb. 
 
Fələstin Vəqflər İdarəsi bəyanat yayaraq elan edib ki, cümə günü Qüdsdə olan bütün məscidlər bağlı olacaq və cümə namazı "Əqsa" məscidində qılınacaq. 
 
Bəyanatda "Əqsa" məscidinə giriş üçün hər hansı yaş məhdudiyyətinin tətbiqinin mükinsiz olduğu vurğulanıb.  
 
Bəyanatda bildirilib ki, "Əqsa" məscidinin önündə metal detektorlar və kameralar yığışdırılıb və məscidin bütün qapıları açıq olacaq. 
 
Qeydə edəkk ki, işğalçı İsrail rjeiminin "Əqsa"nın girişində qalan son baryerləri də sökməsindən sonra müsəlmanlar ibadət üçünHərəmi Şərifə geri qayıtmaq qərarı verib. /

Google+ WhatsApp ok.ru