Fələstin və Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış edib 21 Dekabr 2017 02:00 Fələstin -- Heç kimin haqqı yoxdur ki,... “İslam aləmində baş verən son hadisələr, xüsusilə Qüds məsələsi tək müsəlman dünyasının yox, bütün bəşəriyyətin problemidir”. Maide.Az bildirir ki, APA-nın məlumatına görə, bu sözləri Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Fələstin və Qüds Baş müftisinin müavini İbrahim Xəlil Məhəmməd Avadallah deyib. O, müsəlman dünyası ABŞ-a birlikdə ciddi təzyiq etməyə çağırıb: “Biz müsəlmanlar qanunun, haqqın tərəfdarıyıq. Amma bu gün ABŞ rəhbəri Tramp bizə qarşı ən haqsız qərar verib. Qüdsü müsəlmanlardan zorla qoparmaq istəyir. Biz bu sevinci ona yaşayatmayacağıq. Heç kimin haqqı yoxdur ki, başqasının haqqını alsın. O cümlədən də ABŞ-ın belə bir haqqı yoxdur”. Baş müftinin müavini bildirib ki, bölgə müsəlmanları bütün dinlərdən olan ibadətgahlara ehtiramla yanaşır: “Amma bu gün bu qərarla istəyirlər ki, siyasi oyun oynayıb, bunu pozsunlar. Heç kim bu oyunu göz ardına almamalıdır”. Teqlər : #Fələstin və Qüds Baş müftisinin müavini Bakıdan bütün müsəlmanlara çağırış edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli məhbuslar İsrail məhkəmələri baykot edir BMT ABŞ-ın hədələrinə məhəl qoymadı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar