Fələstin xalqının müqavimət `atəşini` söndürə bilməyəcəklər` - Xalid Məşal

Fələstin xalqının müqavimət `atəşini` söndürə bilməyəcəklər` - Xalid Məşal

-- düşmənin qurduğu bütün planları puç olub

"Həmas" Siyasi Bürosunun sabiq rəhbəri Xalid Məşal iğalçı sionist İsrail rejiminin Qəzzada törətdiyi son cinayətlər barədə sərt açıqlama verib.
 
Maide.Az "Shafaqna"ya istinadən xəbər verir ki, o, illərdir doğma yurdundan didərgin salınan fələstinlilərin öz torpaqlarına qayıtmaq hüququndan əl çəkməyəcəklərini deyib.
 
X.Məşal işğala və mühasirəyə boyun əyməyəcəklərini söyləyib:
 
"İşğalçılar Fələstini asan tikə zənn edirlər. Amma fələstinlilərin müqavimət "atəşini söndürə bilməyəcəklər. Netanyahu bilmir ki, Qüds bizim ruhumuz, tariximiz və gələcəyimizdir. Allahın Kitabında da bir ayədir".
 
X.Məşal düşmənin qurduğu bütün planlarının puç olduğunu və hazırda yeni planların hazırlandığını sözlərinə əlavə edib.
 

Google+ WhatsApp ok.ru