Fələstin “Qəzəb günü”nə hazırlaşır

Fələstin “Qəzəb günü”nə hazırlaşır

-- Qəzzada 30 mart-15 may tarixlərində 6 həftəlik mitinqlər keçiriləcək

Fələstində martın 16-da (Cümə günü) genişmiqyaslı  “Qəzəb günü” adlı kütləvi aksiya keçiriləcək.
 
Maide.Az "İslamtoday"-a istinadla xəbər verir ki, bu barədə ölkənin azadlığı uğrunda mübarizə aparan təşkilatların aktivistləri sosial şəbəkələrdə və mətbuatda məlumat yayıblar.
 
Bildirilir ki, aksiya Fələstinin işğal olunmuş ərazilərində, işğalçı İsrail rejiminin yerləşdirdiyi keçid məntəqələrində və toqquşmalar baş verən ərazilərdə  təşkil olunacaq. 
 
Aksiyaların keçirilməsində məqsəd Ağ ev və İsrailin Fələstinlə bağlı siyasətinə qarşı etiraz etməkdir. 
 
Aktivistlər İsrailin müstəqil “Fələstin dövləti”ni tanıyacağı günə qədər etirazlarını davam etdirəcəklərini bəyan edirlər. 
 
Xatırladaq ki, ötən həftə Qəzza zolağında da geniş aksiyaların keçiriləcəyi barədə xəbər verilmişdi. Həmçinin 30 mart-15 may tarixlərində 6 həftəlik mitinqlər keçirmək üçün İsraillə sərhəd zonasında çadır şəhərciyi də yaradılacaq.

Google+ WhatsApp ok.ru