Fələstində səfərbərlik çağırışı

Fələstində səfərbərlik çağırışı

Fələstindəki müxtəlif milli və İslami qruplar səfərbərlik elan edib. 
 
Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qərb Şəriyənin Ramallah şəhərində baş tutan müxtəlif milli və İslami qrupların nümayəndələrinin görüşünün sonunda yazılı bəyanat qəbul olunub. 
 
Bəyanatda "Məscidi-Əqsa" üçün cümə günü səfərbərlik elan edilməsi və hər yerdə etiraz aksiyalaraının  təşkil edilməsi  üçün çağırış edilib. 
 
Bəyanatda, Fələstinin işğal olunmuş ərazilərində cümə namazının meydanlarda qılınmasına da çağırış olunub. 
 
Digər tərəfdən, Qərb Şəriyədəki "Həmas" Hərəkatından edilən yazılı bəyanatda, Qüds sakinlərinin müqavimətini dəstəkləmək məqsədiylə xalqın etiraz aksiyalarına qatılması və sionist İsrail əsgərlərinin olduğu nöqtələrə getməsi üçün çağırış edildi.
 
Bəyanatda  işğalçı rejimin Əqsada  axtarış üçün metal  detektorların götürülməsinin xalqın təzyiqi nəticəsində baş verdiyi vurğulanıb və bildirilib ki, xalqın təzyiqləri davam edərsə işğalçı rejim  Əqsa məscidi ilə bağlı  bütün tətbiq etdiyi qadağa və planlardan geri çəkiləcək. 

Google+ WhatsApp ok.ru