Fələstində səhiyyə sistemi çöküb

Fələstində səhiyyə sistemi çöküb

-- iğalçı İsrail rejimi təcili tibbi yardımların işinə mane olur

Fələstin Səhiyyə naziri Cavad Əvvad ölkədə səhiyyə sisteminin sionist İsrail rejiminin işğalı nəticəsində kritik vəziyyətdə olduğunu deyib.
 
Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, o, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) icraçı direktoru Tedros Adahanom Qebreyesusla Ramallahda keçirdiyi görüşündə dilə gətirib.
 
C.Əvvad deyib ki, 6 dekabr 2017-ci ildə Qüdsün sioniost rejimin “rəsmi” olaraq “paytaxt” elan edilməsindən sonra, iğalçı rejim təcili tibbi yardımların işinə mane olmağa və səhiyyə işçilərinə qarşı təzyiqlər göstərməyə başlayıb.
 
Bu istiqamətdə 35 faktın qeydə alındığını bildirib.
 
Nazir, ÜST-ü Fələstindəki səhiyyə sisteminə qarşı ədalətsizliyin ortadan qaldırılması üçün müvafiq addımlar atmağa çağırıb. Həmçinin, xəstələrə xidmət göstərmək üçün tibbi ləvazimatlarla təchiz edilməsini istəyib.
 

Google+ WhatsApp ok.ru