`Fələstini dəstəkləmədən birlik iddiasında olmaq olmaz`

`Fələstini dəstəkləmədən birlik iddiasında olmaq olmaz`

Livan Hizbullahı baş katibinin müavini Şeyx Nəim Qasim deyir ki, birlik və həmrəyliyi sübuta yetirmək üçün Fələsini dəstəkləmək lazımdır və Fələstini dəstəkləmədən birlik iddiasında olmaq olmaz.
 
Maide.Az IRIB-ə istinadən xəbər verir ki, Şeyx Nəim Qasim bu gün Tehranda 30-cü Beynəlxalq İslam Birliyi Konfransında çıxışında deyib ki, Təkfirçi cərəyanlarla mübarizə üçün həqiqi İslamı tanıtdırmaq lazımdır.
 
Təkfirçilər İslam düşmənlərinin əllərində bir vasitədirlər və düşmənlər öz məqsədlərinə çatmaq məqsədilə müsəlmanlar arasında ixtilaf yaratmaq üçün əllərindən gələni edirlər. Təkfirçi cərəyanlarla əsl mübarizə yalnız İran İslam Respublikası, müqavimət və Livan Hizbullahı ilə həmkarlıqla həyata keçirilib və indiyədək müsbət nəticələr əldə olunub”. 
 
N.Qasim deyib ki, Fələstinə dəstək, müsəlmanlar arasında vəhdətin mövcud olmasının nişanəsidir. “Suriya və İraqda əldə olunan önəmli nailiyyətlər, eləcə də Yəmən və Bəhreyn xalqlarının Ərəbistanın zülmü və hücumu qarşısındakı müqaviməti vəhdətlə əldə olunub. 

Google+ WhatsApp ok.ru