Fələstinin işğal olunmuş torpaqlarında yaşayan yəhudilər İranla müharibədən qorxur

Fələstinin işğal olunmuş torpaqlarında yaşayan yəhudilər İranla müharibədən qorxur

-- Sorğu keçirildi

Fələstinin işğal olunmuş ərazilərində yaşayan yəhudilər arasında İranla müharibə ehtimalı ilə bağlı sorğu keçirilib.
 
Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, sorğunu “Panels Politics” şirkəti keçirib.
 
Sorğuda iştirak edənlərin 52 faizi işğalçı israilin yaxın gələcəkdə İranla müharibə olacağından ehtiyatlandıqlarını deyib.
 
32 faizi ölkədə bahalığın və iqtisadi problemlərin ən böyük problem olduğu bildirib. 22 faizi isə ictimai sektorda korrupsiyadan şikayətlənib.
 
Qeyd edək ki, işğalçı israil rejimi tərəfindən Suriyanın Xüms şəhərindəki hərbi bazaya 9 apreldə təşkil edilən hava hücumu nəticəsində 7 iranlı həyatını itirib. 
 
İranın bu hücuma cavab verəcəyindən ehtiyatlanan israil ordusu sərhəd bölgələrində döyüş vəziyyətinə gətirilib.

Google+ WhatsApp ok.ru