Fələstinin xarici işlər naziri Türkiyəyə səfər edəcək

Fələstinin xarici işlər naziri Türkiyəyə səfər edəcək

-- Səfər fevralın 2-3-ü baş tutacaq

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Türkiyəyə səfər edəcək.
 
Maide.Az bildirir ki, bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
 
Məlumatda qeyd olunur ki, R.əl-Malikinin səfəri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə fevralın 2-3-ü baş tutacaq.
 
Səfər zamanı tərəflər arasında Fələstinlə Türkiyə arasında münasibətlərin inkişafı, eləcə də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərar müzakirə olunacaq.
 
Qeyd edək ki, ötən ilin dekabrında ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan etmişdi.
 

Google+ WhatsApp ok.ru