Fələstinli cəsur qız Əhəd Təmimi azadlığa çıxır

Fələstinli cəsur qız Əhəd Təmimi azadlığa çıxır

8 aylıq həbs cəzası alan "Fəlstinin cəsur qızı" adlandırılan Əhəd Təmimi iyulun 29-da sərbəst buraxılacaq. 
 
Maide.Az  "dunyabulteni"ə  istinaədn xəbər verir ki, işğalçı rejim  8 ay öncə  İsrail əsgərinə şillə vurduğuna görə həbs etdiyi  17 yaşlı Əhəd Təmimi və anasını  bazar günü sərbəst buracaq. 
Bunu  Ə.Təmiminin  vəkili  deyib. 
 
Onun sözlərinə görə,  Ə.Təmiminin həbs müddəti  avqus ayının  19-da başa çatacaqdı, lakin işğalçı rejim idari qərar qəbul edərək, onu və anasını iyulun 29-da sərbəst buraxacaq. 
 
İdari qərarın hansı səbəbdən qəbul edildiyi bildirilməyib. 
 
Ə.Təmimi mətbuata açıqlama verəcək. 
 
Ə.Təmiminin babası Bassəm Təmimi deyib ki,  onun buraxılması ilə bağlı məlumatlandırılmışıq. “Bazar gnüü  Jabbra nəzarət buraxılış məntəqəsində gözləyəcəyik. Oradan Ramallaha böyük bir karvanla gedib  Yasir Ərəfatın qəbrini ziyarət edəcə, daha sonra Nabi Salah kəndinə gedəcəyik.  Axşam üstü Ə.Təmimi jurnalistlərə evində açıqlama verəcək”. 
 
Qeyd edək ki, İsrail əsgərləri Təmimini 19 dekabr 2017-ci ildə Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra nəzarətə almışdı. Təmiminin anası Nərimanın isə qızı ilə bağlı məlumat almaq üçün getdiyi Ramallah şərqindəki nəzarət məntəqəsində İsrail əsgərləri tərəfindən nəzarətə alındığı qeyd edilmişdi.
 
"Fələstinli cəsur qız" kimi tanınan Əhəd 2012-ci ildə qardaşı saxlanıldıqda İsrail əsgərlərinə qarşı göstərdiyi davranış səbəbiylə İstanbulda "Hənzələ Cəsarət Mükafatı"na layiq görülmüşdü. 
 

Google+ WhatsApp ok.ru