Fələstinli cəsur qız Əhəd Təmimiyə 8 ay həbs cəzası verildi

Fələstinli cəsur qız Əhəd Təmimiyə 8 ay həbs cəzası verildi

-- 3 aydır ki, qanunsuz həbsdə saxlanılan 16 yaşlı Təmimi ötən gün keçirilən məhkəmədə...

İşğalçı İsrail rejimi məhkəməsi işğal altındakı İordan çayının qərb sahilində "Fəlstinin cəsur qızı" adlandırılan Əhəd Təmimiyə  8 ay həbs cəzası verib. 
 
Maide.Az  xəbər verir ki, işğalçı İsrail qüvvələri tərəfindən  3 aydır ki, qanunsuz həbsdə saxlanılan  16 yaşlı Təmimi ötən gün keçirilən  məhkəmədə 8 ay müddətinə azadlıqdan məhrum edilib. 
 
Xatırladaq ki, İsrail əsgərləri Təmimini 19 dekabrda Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra nəzarətə almışdı. Təmiminin anası Nərimanın isə qızı ilə bağlı məlumat almaq üçün getdiyi Ramallah şərqindəki nəzarət məntəqəsində İsrail əsgərləri tərəfindən nəzarətə alındığı qeyd edilmişdi.
 
Ofer Hərbi Məhkəməsi 25 dekabrda Təmimi ailəsinin nəzarət müddətini 4 gün daha sonra isə 5 gün uzatmışdı. "Fələstinli cəsur qız" kimi tanınan Əhəd 2012-ci ildə qardaşı saxlanıldıqda İsrail əsgərlərinə qarşı göstərdiyi davranış səbəbiylə İstanbulda "Hənzələ Cəsarət Mükafatı"na layiq görülmüşdü. 
 

Google+ WhatsApp ok.ru