Fələstinli məhbuslar İsrail məhkəməsini boykot edir

Fələstinli məhbuslar İsrail məhkəməsini boykot edir

-- hazırda sionist rejim həbsxanalarında təqribən 500 fələstinli administrativ həbsdədir

İsrail həbsxanalarında heç bir ittiham sürülmədən və məhkəməyə çıxarılmadan saxlanılan fələstinli  məhbuslar İsrail Hərbi məhkəmələrini boykot barədə qərar verib
 
Maide.Az-ın FaktXeber-ə istinadla verdiyi məlumata görə, bu barədə Fələstin Administrasiyasının məhbuslarla iş üzrə rəhbəri İssa Qaraqe Ramallahda  keçirilən mətbuat konfransında bəyan edib.
 
Boykot çərçivəsində məhbuslar fevralın 15-dən öz vəkillərindən hərbi məhkəmələrlə ünsiyyətdən imtina etməyi xahiş edəcəklər.
 
Qeyd edək ki, hazırda sionist rejim həbsxanalarında təqribən 500 fələstinli administrativ həbsdədir. İşğalçı rejimin qanunvericiliyinə görə, administrativ  həbsin müddəti 6 təqvim ayından artıq olmamalıdır. Lakin sənəd-sübut toplamaq, rəsmi işlər aparmaq üçün bu müddət  dəfələrlə bərpa oluna bilər.
 

Google+ WhatsApp ok.ru