Fələstinlilər `Böyük Qayıdış Yürüşü` keçirirlər; 5 ölü, 54 yaralı - Video

Fələstinlilər `Böyük Qayıdış Yürüşü` keçirirlər; 5 ölü, 54 yaralı - Video

-- işğalçı İsrail rejimi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib

Bu gün Fələstin xalqı tarixi Fələstin torpaqlarında işğalçı İsrail rejiminin siyasətlərinə qarşı müqavimətin simvolu halına gələn "Torpaq Günü"nün 42-ci ildönümündə "Böyük Qayıdış Yürüşü" keçiriblər.

Maide.Az "eastnews" -a istinadən xəbər veri rki,  Fələstinlilər Qəzza sərhədinə doğru irəliləyiblər. 

 Fələstin bayraqlarını daşıyan nümayişçilər 1948-ci ildə torpaqlarından didərgin düşmüş fələstinlilərin qayıdış hüququnu müdafiə etmək üçün etiraz ediblər. 

 Qəzzanın müxtəlif yerlərindən gələn nümayişçilər sərhədin təqribən 700 metr yaxınlığında toplaşaraq aksiya keçirib. Bu bölgələrdə aksiyalar keçiriləcəyi üçün çadırlar qurulub. 

 Yürüşdə HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyyə də iştirak edir. O, aksiyadakı çıxışı zamanı, "Böyüklərimiz, kiçiklərimiz, ağsaqqalarımız buradadırlar və geri qayıdış mahnıları oxuyurlar.

Fələstinlilər 1948-ci ildə zorla çıxardıqları torpaqlarına geri qayıtmaqda qətiyyətlidirlər", - deyə qeyd edib.   

Digər tərəfdən, işğalçı İsrail rejimi rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib.

Sərhədi keçməyə çalışan 5 nəfər öldürülüb, 54 nəfər isə yaralanıb.

Bu barədə "Al-Alam" telekanalı məlumat yayıb. 

Qeyd edək ki, fələstinlilərin bu gün aksiya həyata keçirdiyi ərazidə gərginlik çox yüksəkdir. Fələstinlilər qaçqınların evlərinə dönüş haqqını dəstəkləmək üçün küçəyə çıxıblar. 

 İsrailin Hüquqmüdafiə təşkilatı olan "B'Tselem" İsrail ordusunun Qəzzadakı fələstinli aksiyaçılara atəş açmasını kəskin tənqid edən açıqlama yayıb.

Bəyanatda deyilir ki, İsrail rəsmiləri Qəzzadakı humanitar böhranı və bu böhrandakı rollarını görməzdən gəlirlər: Aksiyaları təhlükə, nümayişçiləri sabotajçı və Qəzzanı da müharibə bölgəsi görürlər.   İsrail əsgərləri fələstinlilərə qarşı həqiqi güllədən istifadə edirlər.

Dünən keçirilən etiraz aksiyasında hərbçilərin atəş açması nəticəsində 3 fələstinli yaralanıb. 

Google+ WhatsApp ok.ru