Fələstinlilərin `Böyük Qayıdış Yürüşü”ndə şəhid sayı 22-yə çatdı

Fələstinlilərin `Böyük Qayıdış Yürüşü”ndə şəhid sayı 22-yə çatdı

-- 1500-dən çox insanın isə yaralandığı bildirilir.

Fələstinlilərin ötən həftədən etibarən keçirdikləri “Böyük Qayıdış Yürüşü”nə işğalçı sionist İsrail rejimi tərəfindən sərt müdaxilə nəticəsində daha bir nəfər şəhid olub.
 
Maide.Az “Dünya Bülteni”nı istinadən xəbər verir ki, bununla da son 1 həftədə işağlçılar tərəfindən öldürülən fələstinlilərin sayı 22-yə çatıb.
 
1500-dən çox insanın isə yaralandığı bildirilir.
 
Bu gün Qəzza zolağında növbəti aksiya gözlənilir.Bununla əlaqədar olaraq fələstinli gənclər sərhədə təkərlər yığırlar. Onlar yanan təkərlərin tüstüsü ilə İsrail snayperlərinə və qaz bombalarına cavab verməyə hazırlaşırlar.
 
Qeyd edək ki, 1948-ci ildə işğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər. Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib. Beləliklə, dinc aksiya keçirən aksiyaçılara qarşı qaz bombalardan və həqiqi güllələrdən istifadə olunur. Sosial şəbəkələrdə yayılan videoların birində hətta namaz qılan insanlara da atəş açıldığı görünür. 
 

 

Google+ WhatsApp ok.ru