Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar». ("Bəqərə" surəsi 38)

Həzrət Əli (ə) buyurur:
“Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”



GÖZLƏNİLMƏZ QƏRAR

Tarix : 01-09-2018 14:40

Bir gün imam Kazimin (ə) şiələrindən olan Səfvan Cəmmal o həzrətin hüzuruna gəlir. İmam (ə) ona buyurur: “Ey Səfvan! Bir işindən başqa, bütün işlərin yaxşıdır.”

Səfvan soruşur: “Ey Rəsulullahın (s) övladı! Həmin iş nədir?”

–Dəvələrini Haruna kirayə verməyin.

–Mən dəvələrimi ona gəzintiyə çıxmaq, bihudə işlərlə məşğul olmaq, ova getmək və bu kimi işlər üçün verməmişəm, əksinə Məkkə səfərinə getmək üçün vermişəm. O özü birbaşa bu işi görmür və başqaları gəlib dəvələri məndən onun üçün kirayə götürür.”

–Dəvələrini ona kirayə verməyin səncə düz işdir?”

–Bəli, ey Rəsulullahın övladı! Bunun nə eybi var ki?

–Sən öz dəvələrini ona kirayə vermisən ki, işin sonunda pul alasan. O, sənin dəvələrini aparacaq və sən də ondan haqq alacaqsan. Belə deyilmi?

–Elədir, ey Rəsulullahın övladı!

–Onda kirayə müddətinin bitməsinə və dəvələrini sənə geri qaytarana qədər Harun və onunla birgə olanların yaşamasını istəyirsənmi?

–Bəli, istəyirəm, ey Rəsulullahın övladı!

–Hər hansı bir səbəbə görə, zalımların sağ qalmasını istəyən kəs onlardandır. Onlardan olan hər kəs də cəhənnəm əhlidir.

Bu hadisədən sonra Səfvan dəvələrini satır. Hərçənd, düşünürdü ki, bu iş onun canı bahasına başa gələ bilər.

Abbasi xəlifəsi Harunər-Rəşid eşidir ki, Səfvan dəvələrini satıb. Onu hüzuruna çağırıb soruşur:

–Eşitmişəm ki, dəvələrini satıbsan?

–Bəli, ey möminlərin əmiri!

–Niyə?

–Qocalıb əldən düşmüşəm, özüm karvanın öhdəsindən gələ bilmirəm, xidmətçilər də bu işi yaxşı bacarmırlar. Buna görə də, satmağı məsləhət gördüm.

–Düzünü de, dəvələri niyə satdın?

–Xəlifə sağ olsun, səbəbi elə budur!

–Amma mən bilirəm niyə satıbsan. Yəqin ki, Musa ibn Cəfər (imam Kazim (ə)) səninlə bağladığım müqavilədən xəbərdar olub və səni bu işdən çəkindirib. O, sənə göstəriş verib ki, dəvələrini satasan. Sənin gözlənilməz qərarının səbəbi budur! Səfvan, əgər səninlə köhnə dostluğumuz olmasaydı, başını bədənindən ayırardım!” (“Ricali-Kəşşi”, səh.441; “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.366-368./Maide.Az /)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:09
06:29
12:32
18:49
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

24-09-2018 20:35