Bəqərə, 56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz.

İmam Həsən (ə) buyurur:
“Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”



Gün işığına həsrət qoyan gün eynəkləri - təhlükə

-- Satışda 3 manata da eynək var, 400 manata da - saxta malları necə tanıyaq?

Tarix : 13-04-2018 10:01

Göz insanın ən vacib orqanlarından biridir. Buna görə mövzu gözlər olduqda ona həssas yanaşmaq lazımdır. Ölkəmizdə günəşli havalar başladığı üçün gün eynəklərinə də tələbat artıb. İnsanların əksəriyyəti gözlərini günəş şüalarından qorumaq üçün artıq gün eynəklərindən istifadə etməyə başlayıb.
 
Maide.Az "musavat.com"-a istinadən xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, günəş şüaları gözdə katarakta və görmə mərkəzində “sarı nöqtə” xəstəliyi kimi görməni pozan xəstəliklərə səbəb olur. Hətta bəzən korluğa da gətirib çıxara bilir. Günəş şüaları gözdə yanma, quruluq, sulanma, işıqdan qıcıqlanma, göz qapaqlarını açmaqda çətinlik çəkmə kimi problemlərə də səbəb olur. Buna görə də gün eynəyindən istifadə vacibdir. Gün eynəklərinə tələbat artdığı üçün bu gün paytaxtın çox yerində -  yol kənarlarında, optik mağazalarda, super marketlərdə bu malların satışına rast gəlmək mümkündür. Qiymətləri isə 5 manatdan başlayır.
 
Bəs keyfiyyət necədir? Hər il insanları düşündürən bir məsələ olur, gün eynəyinin keyfiyyətli olduğunu, gözə  zərər verməyəcəyini necə müəyyən etmək olar?
 
Əksər insanlar baha qiymətə alınan eynəklərin daha keyfiyyətli və zərərsiz olduğunu düşünür. Bəzi insanlar isə bunun tam əksinə, optik mağazalarda qiyməti “əl yandıran” eynəklərin heç də hamısının  keyfiyyətli olmadığı, tələblərə cavab vermədiyi qənaətindədir.
 
Gözümüzə zərər verməyəcək eynəkləri seçməyin yollarını, həmçinin qiymətlərlə maraqlanmaq üçün bir neçə eynək satılan məkanlara baş çəkdik. Daha ucuz eynək satışı həyata keçirilən “Diqlas” Ticarət Mərkəzinin çıxışında, yol kənarında sırayla bir-birindən fərqli görünüşdə eynəklər düzülmüşdü. Burada eynək seçən alıcılar da kifayət qədər vardı. Qeyd edilən məkanda 3 manata da eynək tapa bilərsiniz. Satıcı Cavad Səlimov deyir ki, onların satdığı ən ucuz eynəyin qiyməti 3 manat, ən bahalısı isə 30 manatdır: “Normal gün eynəkləridir. Əsas odur ki, gözünüzə gün düşməyəcək. Gün eynəyi 24 saat gözünüzdə qalmır ki, ziyanlı da olsun. Həm də insanlar gələndə eynəyin daha çox görünüşünə, dizaynına önəm verirlər. Elə gənclər olur ki, müxtəlif dizaynda 2-3 eynəyi birdən alır”.
 
Eynəklərin keyfiyyətini sübut edəcək hər hansısa bir sertifikat olub-olmadığını, həmçinin bu eynəklərin doğrudan da gözləri günəş şüasından qoruduğunu sübut edəcək hansısa testin mövcudluğunu soruşduqda isə satıcı bunların olmadığını dedi: “Mən satıcıyam, eynəkləri mən gətirməmişəm, sadəcə olaraq, satıram. Əgər belə bir sertifikat varsa da, mən bilmirəm”.
 
Təəssüflə qeyd etməliyik ki, bu cür cavabla nəinki yol kənarındakı eynək satışı köşklərində, hətta mağaza və optik dükanlarda da rastlaşdıq.
 
“Həzi Aslanov” metrostansiyası yaxınlığında eynək satışı ilə məşğul olan optik dükanın satıcısı Nübar Quliyeva isə eynəklərin qiymətinin 20 manatdan başladığını dedi. Şüşələrinin doğrudan da günəş şüasından qoruyub-qorumadığını soruşduqda isə “pis eynəklər deyil” cavabını aldıq: “Bəzi eynəklərin testi var. Amma o eynəklərin qiyməti 35 manatdan başlayır. 20 manatlıqlarda isə test yoxdur. Gözlərin zəif olub-olmadığını ölçüb ona uyğun eynəklər də təklif edirik”.
 
Göz müayinəsi edəcək şəxsin göz həkimi olub-olmadığını soruşduqda isə “göz həkimi deyil, amma uzun illərdir bu işlə məşğuldur, yəni anlayışı var” cavabını aldıq.
 
Bu isə o deməkdir ki, hansısa optik mağazada gözlərinizi müayinə etdirmək fikriniz varsa, bu barədə ciddi düşünün.
 
Daha sonra yolumuzu bahalı, brend malların satıldığı Nizami küçəsində yerləşən eynək mağazasından saldıq. Burada ən ucuz eynəyin qiyməti 70 manat, ən bahalısı isə 400 manat idi. Düzdür, burada bahalı eynəklər olduğu üçün alıcı barmaqla sayılacaq qədər az idi. Satıcı Murad Əliyevin sözlərinə görə, onlarda eynəklərin orijinal və keyfiyyətli olduğunu sübut edəcək sertifikat da var, testlər də: “Düzdür, alıcılarımız çox azdır.  Amma insanlar unutmasınlar ki, ucuz eynək alıb gözlərinin müalicəsinə sonradan 5 o qədər də pul qoyurlar. Təbii ki, əgər müalicə mümkündürsə”.
 
Apardığımız müşahidələr zamanı isə diqqətimizi çəkən bir nüans da ucuz eynəklərin üzərində “Gucci”, “Dior” kimi brendlərin adlarının olması idi. Qeyd edək ki, bu brendlərin istehsal etdiyi eynəklərin qiyməti olduqca baha olur. Satıcılar bu brendlərin saxta variantlarının olduğunu və əksəriyyətinin də Çindən gətirildiyini bildirdilər.
 
Mütəxəssislər eynəklərin iki növ materialdan - plastik və şüşədən hazırlandığını bildirirlər. Şüşənin də müxtəlif növləri var - adi, hamelion və s. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq, tez sınır. Ona görə də şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur. Gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Gün eynəklərini əsasən üç qrupa ayırırlar. 
 
Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər. Bu eynəklər əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır. Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu, polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə etmək olar. Yanlış seçilən gün eynəyi isə sizi, sözün həqiqi mənasında, gün işığına həsrət qoya bilər. Bu, ilk vaxtlar hiss edilməsə də, fəsadı bir müddət sonra özünü büruzə verməyə başlayır. Ona görə də eynək seçərkən mütləq keyfiyyət testindən keçirilməli və ya sertifikat tələb  olunmalıdır. 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:46
05:27
12:47
20:23
23:57
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

20-07-2018 09:19