G20 liderləri Beethoven-in 9-cu simfoniyasına qulaq asarkən...

G20 liderləri Beethoven-in 9-cu simfoniyasına qulaq asarkən...

İyulun 7-də Böyük 20-liyin (G20) Hamburqda keçirilən sammiti zamanı polis küçə zorakılıqlarını önləməyə çalışıb.
 
Təxminən 100 min antiqlobalizasiya etirazçısı arasındakı kiçik radikal qrupların törətdiyi yanğınların tüstüsü şəhərin üzərini bürüyüb.
 
Etirazçılar onlarla maşını yandırıb, barrikadalar qurublar. Bu zaman Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Donald Trump və Rusiya lideri Vladimir Putun Beethoven-in 9-cu simfoniyasına qulaq asırdılar.
 
Polis zirehli maşınlar, su şırnaqları, gözyaşardıcı qazın köməyilə küçələri təmizləyə bilib, iyulun 8-də səhər şəhər mərkəzində sakitçilik bərpa olunub.
 
Küçələrə çıxarılmış 20 min polisdən 200-ə yaxını yüngül xəsarət alıb. 19 nəfər həbsə atılıb, onlarla saxlanan var. Onlarla etirazçı xəsarət alıb.(azadliq.org)

Google+ WhatsApp ok.ru